“Türkmənistan Yaxın Şərqdəki mövcud vəziyyətin həllində iştirak etməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə telefon danışığı aparıb:
“Nazir Türkmənistanın neytral dövlət kimi beynəlxalq məsələlərdə fəal və konstruktiv rol oynadığını vurğulayıb. Tərəflər Yaxın Şərq regionunda mövcud vəziyyət və bir sıra humanitar məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar”.
Qeyd edək ki, Türkmənistan və İran 1100 kilometr quru sərhədinə malikdir.
Əliyar Xəlil
Globalinfo.az