moskva 12

Moskvada polis gücləndirilmiş iş rejiminə keçirilib.

Globalinfo.az xəbər verir ki, buna səbəb ABŞ səfirliyinin dünən paytaxtda mümkün terror aktları ilə bağlı məlumat yaymasıdır.

Moskvanın mərkəzində və bəzi nəqliyyat növlərində patrul qruplarının sayı iki dəfə artırılıb.

Bundan başqa, mülki geyimli polislər də asayişi qorumağa cəlb olunublar.

Paylaş: