“Avstraliya Ukraynaya sülhməramlı qüvvələr göndərməyi düşünür”.
Globalinfo.az xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Entoni Albaneze deyib.
“Mən çox açıq şəkildə və dəfələrlə demişəm ki, biz Ukraynada istənilən sülhməramlı əməliyyatda iştirak etməyi nəzərdən keçirəcəyik”, – Albanese bildirib.
Baş nazir vurğulayıb ki, sülhməramlı missiyanın başlanması yalnız sülh bərqərar olduqdan sonra mümkündür:
“Ona görə də hazırda Ukraynaya hərbi kontingentin göndərilməsi nəzərdən keçirilmir”.
Bundan əlavə, o, Ukraynada sülhməramlı qüvvələrini yerləşdirməyə hazır olan ölkələrin baş qərargah rəislərinin gələn çərşənbə axşamı görüşə biləcəyini vurğulayıb.
Günay Rəsulqızı
Globalinfo.az














