“İsveç Rusiya ilə potensial qarşıdurmaya hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bunu İsveç Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbəri Tomas Nilsson deyib.
“Rusiyanın Baltikyanı bölgədə hərbi fəaliyyəti müvəqqəti azalsa da, Ukrayna ilə müharibə başa çatdıqdan sonra vəziyyət dəyişə bilər. Əminik ki, ruslar bölgəmizə qayıdacaqlar”, – o, heç bir arqument olmadan vurğulayıb.
T.Nilsson həmçinin ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə bağlı mövqeyini də tənqid edib.
Əliyar Xəlil
Globalinfo.az














