2021 10 21T000154Z 1477973918 RC20EQ9M0KNP RTRMADP 3 NATO RUSSIA pic 32ratio 900x600 900x600 31855

“Portuqaliya münaqişənin sülh yolu ilə həlli çərçivəsində öz qoşunlarını Ukraynaya göndərməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Portuqaliya kəşfiyyatının keçmiş analitiki və hüquqşünas Aleksandr Qerreyro deyib.

“Portuqaliya, şübhəsiz ki, belə bir tələb alınarsa, bunu edə bilər. Ölkənin silahlı qüvvələrinin bir hissəsi artıq Şimali Atlantika Alyansının şərq cinahında yerləşdirilib”, – bildirib.

Qeyd edək ki, oktyabrın 28-də Britaniya hökumətinin Ukraynaya qoşun yeritmək niyyətində olduğu məlum olub. Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib ki, Fransa da Ukraynaya 2000-ə qədər əsgər və zabitdən ibarət hərbi kontingent göndərməyə hazırlaşır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: