Daha bir miqrant faciəsi: İngiltərəyə keçmək istəyərkən…

Daha bir miqrant faciəsi: İngiltərəyə keçmək istəyərkən...

Ən azı 10 miqrant Fransanın şimal sahillərində Kanalı keçərək İngiltərəyə keçməyə cəhd edərkən həyatını itirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa rəsmiləri bildirib.

Məlumata görə, La-Manş boğazında 70-ə yaxın miqrantı daşıyan kiçik qayığın qayığın çevrilməsi nəticəsində azı 10 nəfər ölüb.

Bir neçə nəfərin xilas edildiyi lakin onların vəziyyətinin ağır olduğu bildirilib.

Ölənlərin sayının hələ arta biləcəyi ehtimal olunur.