Daha bir itkin şəhidimiz dəfn edildi – FOTOLAR

Daha bir itkin şəhidimiz dəfn edildi - FOTOLAR

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra meyitinin qalıqları Füzuli rayonu ərazisində tapılmış Məhəmmədov Abış Əsgər oğlu dəfn olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, şəhid Qaradağ rayonundakı Qızıldaş Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Daha bir itkin şəhidimiz dəfn edildi - FOTOLAR

***13:29

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra meyitinin qalıqları Füzuli rayonu ərazisində tapılmış Məhəmmədov Abış Əsgər oğlu ilə vida mərasimi keçirilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunda baş tutan mərasimdə mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onun nəşi Qaradağ rayonundakı Qızıldaş Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Məhəmmədov Abış Əsgər oğlu 31 avqust 1993-cü ildə Qubadlı rayonunun Balasoltanlı kəndində itkin düşüb.

Daha bir itkin şəhidimiz dəfn edildi - FOTOLAR Daha bir itkin şəhidimiz dəfn edildi - FOTOLAR