Qalıqları Xocavənd-Ağdam rayonlarının inzibati sərhədində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mirzəli Müslət oğlu Quliyevlə Xocavənd rayonunda keçirilən vida mərasimi başa çatıb.
Globalinfo.az “Report”a istinadən bildirir ki, şəhidin nəşi Xocavənd rayonu Qaradağlı kəndi Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Xocavənd Rayon Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Mirzəli Müslət oğlu Quliyev 1952-ci il aprelin 15-də Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. O, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində itkin düşüb.
***15:25
Qalıqları Ağdərə rayonunun Sırxavənd kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vaqif Sərdar oğlu Alıyevlə Gəncə şəhərində keçirilən vida mərasimi başa çatıb.
Globalinfo.az “Report”a istinadən bildirir ki, şəhidin nəşi Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Gəncə Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Vaqif Sərdar oğlu Alıyev 1966-cı il mayın 28-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. O, 1993-cü il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.














