Daha bir Gəncə sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu

Daha bir Gəncə sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Şahmar Elianur oğlu Mustafayev cəbhə bölgəsində həyatını itirib.

Hazırda yaxınları 37 yaşlı həmyerlimizin nəşini Rusiyadan gətirməyə çalışırlar.

Məlumat üçün bildirək ki, Ş.Mustafayev cari ilin fevral ayında Rusiya-Ukrayna müharibəsinə qatılmışdı.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən digər Gəncə sakininin də həlak olması barədə məlumat verilmişdi.