Daha bir erməni deputat mandatından imtina etdi

Ermənistanda müxalif “Hayastan” partiyasının daha bir deputatı mandatından imtina edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, fraksiyanın deputatı Ripsime Stambulyan mandatından imtina etmək barədə qərar qəbul edib.

O hansı səbəbdən bu qərarı verdiyini açıqlamayıb.

Xatırladaq ki, daha əvvəl “Hayastan” partiyasının nümayəndələri Artur Kazinyan, Mxitar Zakaryan və Aram Vardevanyan da deputat mandatlarından imtina edib. Ölkə mediası Armen Çarçyan və İşxan Saqatelyanın da fraksiyanı tərk edəcəklərini yazır.