Daha bir ailə dəm qazından zəhərləndi

Daha bir ailə dəm qazından zəhərləndi

Goranboyda biri azyaşlı olmaqla, bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.

Kənd sakinləri – 1983-cü il təvəllüdlü Ş.Əsgərov,1987-ci il təvəllüdlü H.Qocayeva, 2014-cü il təvəllüdlü Ç.Əsgərov və 2016-cı il təvəllüdlü Ə.Əsgərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilib.

Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.