qa

HƏMAS Qəzza zolağında ölən girovların meyitlərini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, HƏMAS İsraillə mübadilə müqaviləsinin bir hissəsi olaraq öldürülən dörd girov – Şiri Bibas, Ariel Bibas, Kfir Bibas və Oded Lifşitsin cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

Proses Qəzza zolağının cənubunda Xan Yunisdə baş tutub.

HƏMAS bildirib ki, 7 oktyabr hücumunda girov götürülən bu şəxslərin hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olub.

Qəzza zolağında ölən 4 girovun meyiti IDF-ə (İsrail Müdafiə Qüvvələri) təhvil verilib.

Fevralın 22-də son razılaşmalar çərçivəsində 6 sağ girovun azad edilməsi gözlənilir.

Paylaş: