Dağlıq ərazidə yanğın baş verdi

Dağlıq ərazidə yanğın baş verdi

İsmayıllıda dağlıq ərazidə yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, yanğın hadisəsi İsmayıllı rayonu Lahıc-Dəmirçi yolunda dağlıq ərazidə baş verib.

Əraziyə İsmayıllı rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Texnikanın hərəkəti mümkün olmadığından və dağlıq ərazi olduğundan yanğın YMH nin əməkdaşları tərəfindən saat 19:19-də əl vasitəsi ilə söndürülüb.

Yanğın nəticəsində 20 ha ərazidə kol-kos və quru otlaq yanıb, xəsarət alan olmayıb.