Dağıstanda terror hücumu: ölənlərin sayı 10-a çatdı, 34 yaralı var – YENİLƏNİB

Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində ölənlərin və xəsarət alanların sayı artıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “112” Teleqram kanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, ölənlərin sayı 10-a, yaralıların sayı isə 34-ə çatıb.

***

Mahaçqalada terrorçularla atışma nəticəsində yaralanan 16 nəfər xəstəxanaya çatdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, xəstəxanaya yerləşdirilən yaralıların 13-ü polis əməkdaşı, 3-ü isə mülki şəxsdir.

***23:10

Dağıstanda terrorçuların hücumundan sonra ölənlərin sayı 9-a çatıb, 25 nəfərin isə yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Müftiliyi məlumat yayıb.

Bildirilib ki, ölənlərin 7-si hüquq-mühafizə orqanlarının əməkdaşıdır.

Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.