Dağıstanda terror aktları: Nurməhəmmədovun məktəbinə basqın edildi – VİDEO

“Dağıstanda baş vermiş terror aktları ilə bağlı təhlükəsizlik qüvvələri Abdulmanap Nurməhəmmədov adına döyüş sənəti məktəbində əməliyyat-axtarış tədbirləri həyata keçirir”.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanları məlumat verib.

Həbslər barədə hələlik məlumat verilməyib.

Bundan öncə mətbuatda məhv edilən yaraqlılardan birinin Abdulmanap Nurməhəmmədovun məktəbinin məzunu, MMA döyüşçüsü Hacımurad Kagirov olması barədə məlumat yayılıb.

Qeyd edək ki, iyunun 23-də Dərbənd və Mahaçqalada terror aktları törədilmişdi.