Dağıstanda baş verən helikopter qəzası nəticəsində ölənlərin sayı artıb.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə Respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Hadisə zamanı 5 nəfər həlak olub.
İlkin məlumata əsasən, qəza nəticəsində 4 nəfərin öldüyü bildirilmişdi, lakin sonradan yaralılardan biri xəstəxanada həyatını itirib. Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, üç nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
“Xəstəxanaya yerləşdirilənlərdən biri İzberbaş şəhərində dünyasını dəyişib”, – Regional Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.
Hazırda qəzanın səbəbləri araşdırılır, hadisə yerinə xilasedicilər və istintaq qrupları cəlb olunub.
Tahir Turan
Globalinfo.az














