Dağıstanda güclü partlayış: 10 ölü, azı 20 yaralı – VİDEO

Dağıstanda güclü partlayış: 10 ölü, azı 20 yaralı - VİDEO

Dağıstanda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 10-a, xəsarət alanların sayı isə 21 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölənlərdən ikisi uşaqdır.

***

Dağıstanda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 6-ya, xəsarət alanların sayı isə 10 nəfərə çatıb.

Bu barədə Dağıstan rəhbəri Sergey Məlikov Teleqram hesabında bildirib.

***

Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Dağıstan prokurorluğu məlumat yayıb.

Hadisə nəticəsində biri uşaq olmaqla dörd nəfər həyatını itirib.

Hadisə yerinə polis və təcili yardım briqadaları göndərilib.

Partlayışın səbəbləri və başvermə şəraiti müəyyənləşdirilir.

Müşviq Tofiqoğlu
Globalinfo.az