Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində itkin düşən və dağıntılar altında qaldığı ehtimal edilən azərbaycanlı tələbələrdən biri Gündüz Nəzərzadə Gənc Tamaşaçılar Teatrının aktyoru Tahir İsmayılovun (Qəlbinur) qardaşı oğludur.
Globalinfo.az xəbər verir ki, bu barədə aktyor paylaşımında bildirib. O, qardaşı oğlunun sağ olmasına ümid etdiklərini deyib:
“Əmisinin gözəl balası, boyuna qurban. Bu gün 100 saatdır artıq 7 mərtəbəli binanın uçqunları altındasan. Heç nə edə bilmirik, hər kəs Allah deyib, ümid deyib, nəfəsini, səsini duyacağıq ümidi ilə gözləyirik. Bil, 100 saatdı yuxum ərşə çəkilib. Allah səni bizlərə bağışlasın, ata-anana, qardaşına bağışlasın”.
Qeyd edək ki, Gündüz Nəzərzadə Malatyada itkin düşən 4 azərbaycanlı tələbədən biridir. Onların taleyi ilə bağlı hələ də konkret məlumat yoxdur.

Malik
Globalinfo.az














