Cüdo üzrə Azərbaycan millisi 16 ildən sonra Olimpiadada qızıl medal qazanıb.
Globalinfo.az xəbər verir ki, finalda fransalı Joan-Benjamin Qabaya qalib gələn Azərbaycan cüdoçusu Hidayət Heydərov idmanın bu növündə 16 il əvvəlki uğurumuzu təkrarlayıb.
Qeyd edək ki, daha əvvəl Elnur Məmmədli 2008-ci il Pekin Olimpiadasında eyni çəki dərəcəsində qızıl medal əldə edib.
İndiyədək idmanın cüdo növündə Olimpiadada üç qızıl medal qazanmışıq. İlk qızıl medalımız isə cüdoçu Nazim Hüseynovun adı ilə bağlıdır. O, 1992-ci ildə Barselona Olimpiadasında fərxi kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Maraqlı məqam ondan ibarətdir ki, hər üç qızıl medalın arasında 16 illik fərq var.















