“Türkiyə parlamentinin deputatı Ömər Faruk Gərgərlioğlu bildirib ki, Azərbaycanda polis Türkiyə vətəndaşlarının hüquqlarını pozur”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında deyib.
Deputat Ö.F.Gərgərlioğlunun heç bir əsas göstərilmədən ittiham səsləndirdiyini bildirib:
“Heç bir əsas, nümunə göstərmədən belə bir çıxış etmək, Azərbaycan polisini günahlandırmaq nə dərəcədə doğrudur? Belə bir ittiham üçün əsas göstərilməlidir. Hazırda Azərbaycana qarşı dümənçilik edən bəzi Qərb dairələrinə xidmət göstərən insanlar sosial şəbəkələrdə bu çıxışdan istifadə edir, kampaniya aparırlar. Bu cür çıxışlarla onlar polisin imicini korlamağa və ölkəyə investisiya qoyuluşuna mane olmağa çalışırlar. Çox təəssüf ki, Ömer Faruk Gərgərlioğlu da Azərbaycana qarşı bu çirkin bu kampaniyaya qoşulub. Naxçıvanda olan vətəndaşlarımızın Türkiyəyə aparılaraq qul kimi işlədilməsinə dair faktlar var. Milli Məclis Türkiyə Böyük Millət Məclisi ilə əlaqə saxlamalı, bu kimi hərəkətlərin pislənilməsinə nail olmalıdır”.
Ayşən Mustafa
Globalinfo.az














