Corc Soros özü yazdı: “Sağ-salamatam” – YENİLƏNİB

Amerikalı milyarder Corc Soros ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib.

Globalinfo.az bildirir ki, milyarder bu barədə tviter hesabında yazıb:

“İnfarkt keçirməyimlə bağlı yayılan xəbərlər doğru deyil. Sağ-salamatam”.

***12:05

Amerikalı multimilyarder Corc Sorosun ürəktutmasından vəfat etməsi haqda xəbər təsdiqini tapmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-dakı etibarlı mənbələr məlumat yayıblar.

***08:54

Macarıstan əsilli milyarder, xeyriyyəçi kimi tanınan, müxtəlif ölkələrdə rəngli inqilabları maliyyəşdirən Corc Sorosun ölüm xəbəri yayılıb. Onun 92 yaşında dünyasını dəyişdiyi deyilir.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici media məlumatı yayıb.

Bəzi Qərb media orqanlarının verdiyi xəbərə görə, Soros ürəktutmasından dünyasını dəyişib. Amma onun rəsmi Vikipediya səhifəsində ölümü ilə bağlı heç bir izahat yazmır. Bu isə ictimaiyyətdə Sorosun ölüm xəbərinin əsassız olması haqda fikirlərin yayılmasına səbəb olub. Bildirilir ki, indiyə kimi bir neçə dəfə onun ölüm xəbəri yayılıb.

Mövzu ilə bağlı dəqiq bir məlumat olmasa da, sosial şəbəkələrdə və bir çox mənbədə Sorosun infarkt keçirərək öldüyü yazılır.

Qeyd edək ki, C.Soros Azərbaycan da məşhurdur. Onun rəhbəri olduğu “Soros Fondu”nun uzun illər Bakıda ofisi olub.