Finlandiya Prezidenti Aleksandr Stubb Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonla mübahisə edib.
Globalinfo.az xəbər verir ki, hadisə Kiyevdə görüş zamanı olub.
Belə ki, siyasətçilər Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı məsələdə üz-üzə gəliblər.
“Finlandiya Prezidenti sabiq baş nazirə Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasını xatırladıb. Conson isə, Stubbı fəaliyyətsizlikdə və boş sözlərdə ittiham edib”, – deyə “Iltalehti” nəşri qeyd edib.
Stubb iddia edib ki, Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanətlərindən biri Aİ-yə üzvlük olacaq.
Lakin qarşılığında Conson bildirib ki, “İstəklilər Koalisiyası” adlandırılan qurum yararsızdır və Ukraynaya hərbi kontingent göndərmir.
“Bu məsələdə Rusiyanın hətta “veto hüququ” belə var”, – deyə o əlavə edib.
Əliyar Xəlil
Globalinfo.az














