Hollivud aktrisası Ancelina Coli keçmiş əri, aktyor Bred Pitti təqib etməkdə ittiham olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə “News Nation” məlumat yayıb.
“Bred Pitt “Formula 1” filminin reklamı üçün Nyu Yorka uçub. Aktyor sevgilisi ilə Midtaundakı “Whitby” otelində qalıb. Ancelina Coli də heç bir əsası olmadan bu şəhərə gəlib. Onun keçmiş ərini təqib etdiyi düşünülür”, – deyə bildirilib.
Qeyd edək ki, sözügedən ittihamlar aktrisanın sevənlərini təəccübləndirib. Onlar A.Colinin keçmiş ərindən niyə əl çəkmədiyini sorğulayıblar.
Leyla Əlisoy
Globalinfo.az














