Bayden Kiyevi tərk etdi – YENİLƏNİB

 

Bayden Kiyevi tərk etdi - YENİLƏNİB

ABŞ Prezidenti Co Baydenin Ukrayna səfəri başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Baydenin artıq paytaxt Kiyevi tərk etdiyi açıqlanıb.

Xatırladaq ki, bu gün Co Bayden Kiyevə öncədən elan olunmayan səfər edib.

***14:24

ABŞ Prezidenti Cozef  Baydenin Avropaya səfəri zamanı Ukraynanı ziyarət etməsi əvvəlcə planlaşdırılmamışdı. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ evdən bildirilib.

Qeyri-rəsmi məlumata görə, ABŞ lideri Kiyevə qatarla gəlib.

KİV-in məlumatına görə isə səfərin logistika baxımından çox çətin olacağı proqnozlaşdırılırmış. Çünki C.Bayden ya qatarla 10 saat hərəkət etməli, ya da təhlükəli uçuş həyata keçirməliymiş.

Qeyd edək ki, “Politico” məxfi səfər variantının nəzərdən keçirildiyini və sonda bundan imtina olunğunu yazmışdı.

Ancaq indi səfərdən imtina edilmədiyi ortaya çıxıb.

***14:24

Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında ABŞ lideri Cozef Baydenin Kiyevə səfəri ilə bağlı paylaşım edib. 

Globalinfo.az bildirir ki, o, Birləşmiş Ştatlar Prezidenti ilə görüşdüyünü bildirib.

“Cozef Bayden, Kiyevə xoş gəlmisiniz! Sizin səfəriniz ukraynalılar üçün fövqəladə dərəcədə vacib dəstək nümayişidir”, – V.Zelenski görüşdə söyləyib.

***13:52

ABŞ Prezidenti Co Bayden Kiyevə gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb.

Onun Ukrayna Prezidenti Vladimir Zelenski ilə Kiyevin Mixaylovsk kilsəsində görüşdüyü bildirilib.

***13:38

ABŞ Prezidenti Cozef Bayden gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Globalinfo.az xəbər verir ki, məlumatı Ukrayna mətbuatı yayıb.

Ağ Ev liderinin Kiyevə gələcəyi barədə əvvəldən heç bir məlumat yayılmayıb.

C.Baydenin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi, ölkədəki vəziyyətlə yaxından tanış olacağı gözlənilir.