Çinin casus şarı gizli hərbi obyektlərdən məlumat toplayıb?

ABŞ üzərindən uçan Çin casus şarı Bayden administrasiyasının onu əngəlləmək səylərinə baxmayaraq, bir neçə gizli hərbi obyektdən kəşfiyyat məlumatları toplaya bilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, iki ABŞ rəsmisi və bir keçmiş prezident administrasiyasının rəsmisinin dediyinə görə, Çin bir neçə dəfə müəyyən yerlər üzərində uçmaq və toplanmış məlumatları real vaxt rejimində Pekinə çatdırmaq üçün balona nəzarət etmiş ola bilər.

Bildiriblər ki, Çin tərəfindən toplanan kəşfiyyat məlumatları əsasən silah sistemlərindən alına bilən və ya görüntülərdən çox baza personalının mesajlarını ehtiva edən elektron siqnallara əsaslanır.

Vurğulanıb ki, ABŞ hava şarına müdaxilə etməsəydi, Çin daha çox kəşfiyyat məlumatlarına sahib olacaqdı.

Qeyd edək ki, Çin hava şarını Atlantik okeanı üzərində vurub. Vaşinqton hava şarının casusluq üçün istifadə edildiyini iddia edir, Pekin isə bunun mülki hava şarı olduğunu deyib.