Ermənistanda 19 yaşlı hərbçi Narek Hakobyanın Geğarkunik vilayəti ərazisində yerləşən Ermənistan Silahlı Qüvvələri postunda öldürüldüyünü bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Qeyd olunub ki, hadisənin baş vermə səbəbləri araşdırılır.
Rəsmi qurumlar faktla bağlı istintaq tədbirlərinin aparıldığını qeyd ediblər. Əlavə məlumat veriləcəyi gözlənilir.
Tahir Turan
Globalinfo.az