usa china

“Birləşmiş Ştatlar Çin Xalq Respublikası ilə qarşılıqlı razılaşmalara hörmət etməli və Tayvanda separatçıları dəstəkləməyi dayandırmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Dövlət Şurası yanında rəsmi nümayəndəsi Çen Binxua deyib:

“Biz ABŞ-ı “vahid Çin” prinsipinə və“Tayvanın müstəqilliyini” dəstəkləməmək öhdəliyini yerinə yetirmək üçün konkret addımlar atmağa, eləcə də separatçılara yalan siqnallar göndərməyi dayandırmağa çağırırıq”, – deyə ÇXR rəsmisi vurğulayıb.

O, Tayvan məsələsinin Çinin milli maraqlarının əsasını təşkil etdiyini və ABŞ-la ikitərəfli münasibətlərin ən həssas aspekti olduğunu diqqətə çatdırıb.

Əliyar Xəlil,

Globalinfo.az

 

 

 

 

 

 

Paylaş: