Çindən ABŞ-ı qorxudan həmlə – “Bütün mesajları silin!”

abs cin qarsidurmasi yeni baslayir

ABŞ Çində yaşayan kibercinayətkarların amerikalılara qarşı hücumları ilə bağlı xəbərdarlıq dərc edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” Federal Təhqiqat Bürosuna (FTB) istinadən məlumat yayıb.

Nəşr hazırda fırıldaqçıların mesajlarının ümummilli problemə çevrildiyini qeyd edib. FTB bütün bu mesajların silinməli olduğu barədə çağırış edərək, 8 ştatdan oxşar şikayətlər aldığını açıqlayıb.

Bildirilib ki, dələduzlar bu mesajlardakı bağlantılara klik edildiyi təqdirdə şəxsi məlumatları oğurlayırlar.

“Ehtiyatlı olun. Fırıldaqçıların mesajlarını telefonunuzda saxlamayın. Bu hadisə hələ sizin şəhərinizdə baş verməyibsə, çox güman, tezliklə olacaq.  Onları aldatmaq çox asandır. Ümumiyyətlə, Federal Ticarət Komissiyasına ödənilməmiş rüsumlara görə borcunuz olduğunu bildirən bir mesaj alsanız, bu, çox güman, fırıldaqdır”, – FTB  məlumatda vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az