Çindən ABŞ-a təhdid: Mütləq cavab verəcəyik!

Çindən ABŞ-a təhdid: Mütləq cavab verəcəyik!

“Rəsmi Pekin ABŞ tariflərinə qarşı cavab tədbirləri görməyə məcbur olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq deyib.

“ABŞ-ın rüsumlarına qarşı tədbir görməyə məcburuq. Qeyd etməliyəm ki, ticarət müharibəsində qalib gələn tərəf olmayacaq”, – deyə Konq qeyd edib.

Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Meksika və Kanadadan idxal olunan məhsullara 25, Çindən isə 10 faiz rüsum tətbiq edilməsi barədə sərəncam imzalayıb.

Əliyar Xəlil
Globalinfo.az