Çində yayılan virus daha bir türk ölkəsində aşkarlandı

Çində yayılan virus daha bir türk ölkəsində aşkarlandı

Çində geniş yayılan metapnevmovirusa Qırğızıstanda iki yoluxma faktı aşkarlanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik əhaliyə müraciət edərək virusdan qorunmaq üçün tövsiyələrini açıqlayıb:

-SARS virusunun semptomları olan şəxslərdən uzaq qalmaq;

-ictimai yerlərdən evə qayıdarkən əlləri yumaq və dezinfeksiya etmək;

-çirkli əllərlə üzə toxunmamaq;

-maskadan istifadəyə üstünlük verilməsi və sosial məsafəyə diqqət etmək.

Metapnevmovirusun müalicəsi üçün hər hansı yolun məlum olmadığı, sadəcə yoluxan şəxslərdə semptomların yüngülləşdirilməsinə çalışılacağı bildirilib.

Qeyd edək ki, daha əvvəl Qazaxıstanda da virusa yoluxma halı aşkarlanıb.

Əliyar Xəlil
Globalinfo.az