Çin Priqojinə görə Rusiyaya ixracı dayandırdı

Çin Priqojinə görə Rusiyaya ixracı dayandırdı

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin qiyamı səbəbindən əksər Çin şirkətləri Rusiyaya məhsulların göndərilməsini dayandırıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Göndərilməsi dayandırılan məhsullar arasında geyim, avtomobil ehtiyat hissələri və texniki avadanlıqlar var”, – məlumatda qeyd olununb.

Futzyan əyalətinin ticarət təşkilatının rəhbəri Şen Muxuey bildirib ki, əksər şirkətlər gələcəkdə nələrin olacağından əmin olmadıqları üçün Rusiyaya məhsulların göndərilməsini bərpa etməyiblər.