Çin koronavirusa qalib gəldiyini bildirdi

Çin rəsmiləri COVID-19 üzərində “həlledici qələbə” qazandıqlarını elan etdilər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ yazır.

Çinin siyasi bürosunun bəyanatında deyilir: “Epidemiyanın qarşısının alınması və profilaktikasında həlledici qələbə əldə edilib”.

Eyni zamanda çinlilərə xəbərdarlıq edilib ki, vəziyyət yaxşılaşsa da, virus hələ də bütün dünyaya yayılır və mutasiyaya uğrayır.

Ölkədə yaşlılar üçün koronavirusa qarşı peyvənd səviyyəsinin artırılacağı bildirilir.