Çin dünyanın ən böyük su elektrik stansiyasını tikəcək

Çin dünyanın ən böyük su elektrik stansiyasını tikəcək

Çin hakimiyyəti Tibet yaylasında Yarlung Tsangpo çayı üzərində nəhəng su elektrik stansiyasının tikintisinə başlayıb.

Globalinfo.az xəbər verir ki, layihənin açılış mərasimində Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Çianq iştirak edib.

“China Daily”nin məlumatına görə, tikintiyə təxminən 167 milyard dollar xərclənməsi planlaşdırılır.

Stansiyaların tikintisi və texniki xidməti “China Yajiang” Group tərəfindən həyata keçiriləcək.

SES ildə 300 milyon kilovatsaat elektrik enerjisi istehsal edəcək. İstehsal olunan enerji Tibeti elektriklə təmin edəcək.

BBC qeyd edib ki, SES hazırda dünyanın ən böyük stansiyası olan Üç dərə bəndindən 3 dəfə çox enerji istehsal edə biləcək. Hindistan və Banqladeş hakimiyyəti yeni su elektrik stansiyası ilə bağlı narahatlığını bildirib. Belə ki, tikinti yerli ekologiyaya və Yarlung Tsangpo çayına təsir göstərəcək.

Yarlung Tsangpo çayı Cənubi Asiyanın ən böyük su hövzələrindən biridir. O, Hindistan və Banqladeşdən keçərək Qanq çayına tökülür. Hindistanda Brahmaputra, Banqladeşdə Camuna adlanır.

Əliyar Xəlil

Globalinfo.az