Səudiyyə Ərəbistanı Çinlə 50 milyard dollarlıq investisiya razılaşması imzalayıb.
Globalinfo.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı investisiya naziri Xalid əl Falixa “Blumberq” agentliyinə müsahibəsində deyib.
Nazir razılaşmanın detallarını açıqlamasa da, onun özəl və dövlət sektorlarını əhatə edəcəyini bildirib.
Qeyd edək ki, Çin lideri Si Szinpin bundan öncə Səudiyyə Ərəbistanına səfər edib. Səfərdən sonra Çinlə Ər-Riyad arasında silah satışı haqqında müqavilənin imzalandığı bildirilib. Bununla belə, səfər Qərbdə narahatlığı da artırıb. Ər-Riyadın Çinlə yaxınlaşması, Pekinin digər ərəb ölkələrində təsir imkanlarını artıra bilər ki, buna da qarşı xüsusilə ABŞ çıxır.
Zaira
Globalinfo.az














