Çin Tayvana silah satışına görə, ABŞ-a sanksiya tətbiq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
Bildirilir ki, Çin Tayvan adasının administrasiyasına silah tədarükü ilə bağlı ABŞ-ın bir sıra hərbi-sənaye şirkətlərinə və onların rəhbərlərinə qarşı yeni sanksiyalar tətbiq edib.
“Birləşmiş Ştatlar bu yaxınlarda Çinin Tayvan bölgəsinə silah satışını yenidən elan edib ki, bu da Vahid Çin Prinsipini və Çin-ABŞ Birgə Kommunikasiyasını ciddi şəkildə pozur. Bu, Çinin daxili işlərinə ciddi müdaxilədir. Eləcə də, ölkənin suverenliyinə və ərazisinə ciddi ziyan vurur. Çin-in Xarici Sanksiyalara Qarşı Qanununun 3, 4, 5, 6, 9 və 15-ci maddələrinə uyğun olaraq, ABŞ-ın aşağıdakı hərbi-sənaye müəssisələrinə və onların yüksək səviyyəli rəhbərliyinə qarşı əks tədbirlər görməyə qərar verilib”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, siyahıda olan ABŞ şirkətlərinin Çindəki aktivləri və mülkləri dondurulacaq. Bundan əlavə, bu müəssisələrin 11 menecerinin adı siyahıya salınıb. Onların Çinə, o cümlədən Honq Konq və Makaoya girişi qadağan ediləcək.
Müşviq Tofiqoğlu
Globalinfo.az














