Ukrayna gələn həftə müttəfiqləri ilə görüşəcək.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib.
“Gələn həftə Ukrayna müttəfiqlərlə birlikdə sakitlik rejiminin təmin olunmasının detallarını müzakirə edəcək”, – o bildirib.
Onun sözlərinə görə, Ciddə görüşündə ərazi güzəşti ilə bağlı danışıq olmayıb.
Aysel Əliyeva
Globalinfo.az














