CHP bütün bələdiyyə sədrlərini İstanbula çağırdı

istanbul 1

Esenyurdun CHP-dən olan bələdiyyə sədrinin həbsindən sonra partiya bütün Türkiyədəki 411 bələdiyyə sədrini İstanbula çağırıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, bütün bələdiyyə sədrlərinin proqramlarını ləğv edib yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 17:00) Esenyurd bələdiyyəsinin qarşısına toplanması gözlənilir.

Qeyd edək ki, Esenyurd bələdiyyə sədri Əhməd Özər PKK üzvlüyü ittihamı ilə həbs olunub.