Hərbçilərin dəyişdirilməsi burada baş tutacaq

“Əsirlərin qaytarılması saatlar və ya gün məsələsidir, Azərbaycan-Ermənistan sərhədində baş tutacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.

O, yaxın zamanda sülh müqaviləsinin imzalanması mümkün olduğunu vurğulayıb:

“Onlar Ermənistan sərhədini keçənə kimi adlarını çox çəkməməyinizi xahiş edirəm, çünki ailələri üçün çətin vəziyyət yarana bilər. Həmçinin Ermənistan yaxın vaxtlarda sülh müqaviləsinin imzalanmasını da mümkün hesab edir. Biz konstruktiv əhval-ruhiyyədəyik, lakin elə sənəd olmalıdır ki, Ermənistanın imzalaması mümkün olsun. Dünən Azərbaycanla birgə bəyanatın verilməsi də bu prosesə müsbət təsir edəcək. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləməlidir”.

Ayşən Mustafa
Globalinfo.az