Ceyhun Bayramov Rumıniyaya gedir

5 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə yola düşüb.

Globalinfo.az xəbər verir ki,  Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rumıniya xarici işlər naziri və digər rəsmi şəxslərlə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.