Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən IV Antalya Diplomatiya Forumu çərçivəsində Ruandadan olan həmkarı Olivier Nduhungirehe ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər ticarət, investisiya, kənd təsərrüfatı, bərpa olunan enerji mənbələri və infrastrukturun inkişafı sahələrində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, həmçinin BMT və Qoşulmama Hərəkatı da daxil olmaqla çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, Antalya Diplomatik Forumu çərçivəsində baş tutan görüş barədə Ceyhun Bayramov özünün “X” sosial media hesabında paylaşım edib.
Görüş zamanı Azərbaycan və Venesuela arasında mövcud əməkdaşlıq gündəliyinin müxtəlif, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi istiqamətləri üzrə irəlilədilmə imkanları, ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq fəaliyyəti, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan və Venesuela arasında münasibətləri xarakterizə edən möhkəmlənən siyasi əlaqələri və qarşılıqlı hörməti bir daha təsdiqləyiblər. Davamlı siyasi dialoq və yüksək səviyyəli səfərlərin mübadiləsi vasitəsilə ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
Nazirlər müxtəlif sahələrdə, xüsusən də iqtisadi və enerji, turizm sektorlarında ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını, həmçinin elm və mədəniyyət sahələrində potensial təşəbbüsləri, o cümlədən akademik və peşəkar mübadilə proqramlarının həyata keçirilməsini müzakirə ediblər.
Beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu vurğulanıb, çoxtərəfli platformalarda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Burkina Faso xarici işlər və regional əməkdaşlıq naziri Karamoko Jan Antalya Diplomatik Forumunda görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri “X” sosial media hesabında yazıb.
“Görüşdə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsi potensialı, qarşılıqlı səfərlərin əhəmiyyəti, BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanıb”, – nazir qeyd edib.
X X X
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumunda maldivli həmkarlı Abdulla Xəlillə görüşüb.
Globalinfo.az xəbər verir ki, nazir Bayramov bu barədə “X” sosial media hesabında yazıb.
Görüşdə iqtisadiyyat, ticarət, energetika, humanitar sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.
Həmçinin regional və beynəlxalq təşkilatlar, o cümlədən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəylik qeyd olunub.














