Ceyhun Bayramov Əlcəzairə getdi

Ceyhun Bayramov Əlcəzairə getdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında məlumat paylaşılıb.

    Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4 noyabr tarixində Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.