Ermənistanı dəstəkləyən deputat Bakıya gəlir

“Biz Azərbaycanı danışıqlar prosesində iştiraka sövq etmək üçün bütün vasitələrdən istifadə edəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Çexiya parlamentinin Nümayəndələr Palatasının sədri Marketa Pekarova Ermənistan parlamentinin spikeri Alen Simonyanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Çexiyalı deputat Azərbaycana səfəri çərçivəsində rəsmi Bakı ilə bu barədə müzakirə aparacağını bildirib.

“Biz təslim olmamalı, onları danışıqlara sövq etməliyik. Çexiya Avropa İttifaqı və Ermənistanı dəstəkləyən digər qurumların üzvüdür. Mən Bakıya səfər edəcək və erməni xalqına dəstək olduğumuzu bildirəcəyəm. Əvvəlcə İrəvana səfər etməyim, daha sonra Bakıya getməyi seçməyim təsadüfi deyil”, – M.Pekarova deyib.

Ayşən Mustafa
Globalinfo.az