Çexiya polisi ötən gün Çarlz Universitetində baş vermiş qətliamın detallarını açıqlayıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ötən gün saat 12:26-da qatilin dostu ondan intihar edəcəyi ilə bağlı SMS qəbul etməsi barəsində polisə məlumat verib.
Məlumata görə, polis qatilin ötən həftə Klanovitse meşəsində ata və körpəsinin qətlə yetirilməsi ilə mümkün əlaqələrini araşdırır. Qətliam törədən şəxsin ikisi uzunmənzilli olmaqla 8 silah üçün lisenziyası olub. Onun universitetə özü ilə neçə silah gətirməsi hələ ki qeyri-müəyyəndir.
Xatırladaq ki, dekabrın 21-də Praqada Çarlz Universitetinin Fəlsəfə fakültəsində baş vermiş atışma nəticəsində 15 nəfərin həlak olduğu, 10-u ağır olmaqla 30 nəfərin yaralandığı bildirilib.














