atom

İsrail İrandakı Buşehr Atom Elektrik Stansiyasına (AES) zərbə endirməklə Çernobılla müqayisə oluna biləcək fəlakət törədə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın “Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçev deyib.

O, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) kuluarlarında danışıb.

“Buşəhr şəhərində ezamiyyətdə olan insanların bəziləri artıq təxliyə edilib. Biz hər saat vəziyyətə nəzarət edirik”, – Lixaçev bildirib.

Qeyd edək ki, Buşehr AES İran və bütün Yaxın Şərqdə ilk atom elektrik stansiyasıdır.

Onun tikintisinə 1975-ci ildə başlansa da, yalnız 2013-cü ildə kommersiya istifadəsinə verilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: