Qaluzindən Cənubi Qafqazın gələcəyi haqda AÇIQLAMA

“Cənubi Qafqazın gələcəyini regionu evi hesab edən ölkələr müəyyən etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində deyib.

XİN rəsmisi Qərbin regiondakı maraqlarının sülhə əsaslanmadığını bildirib:

“Cənubi Qafqazın gələcəyini o ölkələr həll etməlidir ki, bu region onlar üçün ümumi evdir. Lakin həmin ölkələrin arasında nə ABŞ, nə Fransa, nə də Avropa İttifaqı ölkələrin yoxdur. Ona görə də son vaxtlar rəsmi İrəvanın buna meylli olmasını, qeyri-regional qüvvələrin, “qərbpərəstlərin” regiona gətirilməsini səmərəsiz hesab edirik. Qərbin Zaqafqaziyada maraqları Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi və sabit sülhün təmin edilməsi deyil. Hədəf Rusiyanı bu prosesdən sıxışdırıb çıxarmaq və burada daha bir gərginlik ocağı yaratmaqdır”.

M.Qaluzin bildirib ki, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün  Kollektiv Təhlükəsizlik Müqvailəsi (KTMT) mexanizminin alternativi yoxdur.

Ayşən Mustafa
Globalinfo.az