“Cənubi Qafqazda vəziyyət hələ də çətindir, onun yaxşılaşmasına ümidlər var”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri təhlükəsizlik şuraları başçılarının iclasında deyib.
Onun sözlərinə görə, regionda situasiyanın yaxşılaşmasına əsas maneə Qərbin müdaxiləsidir:
“Xarici oyunçular situasiyanı yaxşılaşdırmağa mane olurlar. İlk növbədə söhbət Qərb dövlətlərindən gedir. Hansılar ki, yanlış hədəflər izləyirlər. Regional problemlər regional həll tələb edir”.
Əliyar Xəlil
Globalinfo.az














