Cənubi Koreya Prezidenti üzr istədi: “Məni anlamadılar…”

Cənubi Koreya Prezidenti üzr istədi: "Məni anlamadılar…"

“Hərbi vəziyyətlə bağlı vətəndaşlardan üzr istəyirəm”.

Globalinfo.az xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Yun Sok Yol Konstitusiya Məhkəməsində son sözlə çıxış edərkən deyib.

“Məni minnətdarlıq hissi bürüyür, amma eyni zamanda mənə ağrılı və kədərli gəlir ki,xalq mənə bu tapşırığı etibar etdiyi halda mən işləyə bilmirəm.

İlk növbədə vətəndaşlarıma demək istəyirəm ki, üzr istəyirəm və onlara minnətdaram. Mən hərbi vəziyyət elan etdikdə və bir neçə saat sonra onu ləğvinə qərar verdikdə bir çoxları bunu nə üçün etdiyimi anlamadı. İndi də çaşqın qalan insanlar var”, – deyə Yun Sok Yol davam edib.

“Hərbi vəziyyət” sözü keçmişdən pis xatirələr oyada bilər. Böyük müxalifət və üsyanla bağlı ittihamları saxtalaşdıran qüvvələr bu travmadan istifadə edərək xalqı təhrik edirlər.

Lakin 3 dekabrda elan edilən hərbi vəziyyət əvvəlkilərdən fərqlənir. Bu hərbi vəziyyət insanları silahla susdurmaq üçün deyil, onlara hərbi vəziyyət formasında müraciət etmək üçün idi”, – prezident deyib.

Xatırladaq ki, prezidentə qarşı 2024-cü ilin dekabrında impiçment elan edilib. Bu gün onun sonuncu dinləməsi keçirilib və məhkəmənin martın ortalarında barəsində hökm verilməsi gözlənilir.

Aysel Əliyeva
Globalinfo.az