Cənubi Koreya Prezidenti azadlığa buraxıldı

Cənubi Koreya Prezidenti azadlığa buraxıldı

Cənubi Koreya Prezidenti Yun Sok Yol həbsxanadan azad edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ötən gün məhkəmə qərarından sonra onun üzərindən cəza götürülüb və prezident bu gün azadlığa buraxılıb.

Məhkəmə çıxışı zamanı onu tərəfdarları qarşılayıb. Yun Sok Yol avtomobilindən düşərək tərəfdarları qarşısına çıxıb, onlara baş əyib.

“Qanunsuzluğun aradan qaldırılmasında göstərdiyi cəsarət və qətiyyətə görə Seul məhkəməsinə təşəkkür edirəm”, – prezidentin açıqlamasında deyilir.

Qeyd edək ki, 64 yaşlı prezident vəzifəsindən kənarlaşdırılıb və dekabrın 3-də qısamüddətli hərbi vəziyyətin tətbiqinə görə cinayət və impiçment məhkəmələri davam edir.

Aysel Əliyeva
Globalinfo.az