Çempionlar Liqası: “Qarabağ” məğlub oldu

Çempionlar Liqası: "Qarabağ" məğlub oldu

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda üz-üzə gələn “Qarabağ” və Bolqarıstanın “Ludaqorets” komandaları arasında oyun başa çatıb.

Globalinfo.az xəbər verir ki, görüş rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Ludaqorets”in heyətində Duarte və Vidal, “Qarabağ”da isə Olavio Juninyo fərqləniblər.

Komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

***

Vidal 90-cı dəqiqədə “Ludoqrets”i azlıqda qoydu.

***

Vidal 87-ci dəqiqədə komandasını hesabda önə keçirdi: 1-2.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) matçında hesab bərabərləşib.

Globalinfo.az xəbər verir ki, “Qarabağ” hesabı bərabərləşdirməyi bacarıb.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) matçında hesab açılıb.

Globalinfo.az xəbər verir ki, qonaqların futbolçusu Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib – 0:1

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda üz-üzə gələn “Qarabağ” və Bolqarıstanın “Ludaqorets” komandaları arasında oyunda ikinci hissə başlayıb.

Globalinfo.az xəbər verir ki, matçda hesab açılmayıb.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşündə baş tutan “Qarabağ” – “Ludoqorets” oyununda ilk hissə başa çatıb.

Globalinfo.az xəbər verir ki, komandalar fasiləyə 0:0 hesablı heç-heçə ilə yollanıblar.

***

“Qarabağ” – “Ludoqorets” qarşılaşması start götürdü.

Canlı yayımı təqdim edirik:

***

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) matçının start heyətləri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq.

Komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Qarabağ”: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

“Ludoqorets”: Hendrik Bonmann, Anton Nedyalkov, Olivye Verdon, Diniş Almeyda, Son, Pedro Naressi, Deroy Duarte, Yakub Pyotrovski, Kayo Vidal, Dua Kvadvo, Bernard Tekpetey