HII0uYqW4AAzXsC

Azərbaycanı “Avroviziya 2026″da təmsil edən Cəmilə Həşimovanın (JIVA) ifasının sonunda işlətdiyi söz böyük maraqla qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, firuzəyi xalçadan keçid mərasimində avstriyalı jurnalist təmsilçimizə Cənubi Almaniya və Avstriyada “öpüş” mənasını verən “Bussi” sözünü öyrədib.

Cəmilə bu sözü təkrarlayıb və sevdiyini bildirib. Mayın 14-də baş tutan ikinci yarım finalda “Just go” mahnısının ifasından sonra auditoriyaya təşəkkür edib və yüksək səslə “bussi” deyə qışqırıb.

Həmin anlar böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə gündəm olub.

Görüntüləri təqdim edirik:

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: